Yekaterinburqda Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Hit: 461
Yekaterinburqda Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
“Yekaterinburq” Kitabxana Mərkəzində Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş foto sərgi və tədbir keçirilib.
 
Tədbirdə Baş Konsulluğun əməkdaşları, yerli diaspor nümayəndələri, həmçinin Yekaterinburqda yaşayan və təhsil alan tələbələr iştirak ediblər.
 
Tədbirdə baş konsul v.i.e Şöhrət Mustafayev, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayəti üzrə nümayəndəliyinin təmsilçisi Fəridə Boyliyeva, Ural Federal Universitetinin IV kurs tələbəsi Mütəllim Umudov çıxış edərək, Ümummilli Liderin şərəfli ömür yolundan, diaspora, təhsil və gənclər siyasətindən ətraflı bəhs ediblər. Tədbir İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən lentə alınan “Heydər Əliyev 100 Xatirələrdə yaşayan…” sənədli filmin nümayişi ilə davam edib.
 
Sənədli filmin nümayişindən sonra tədbir iştirakçıları Ulu Öndərin 100 illik yubileyi münasibətilə həmin kitabxanada 2023-cü il mayın 10-da Baş Konsulluq tərəfindən yenilənərək açılışı baş tutmuş “Azərbaycan guşəsi” ilə tanış olublar, kitabxanada xalqımızın mədəniyyətinə və tarixinə göstərilən diqqətdən məmnunluqlarını bildiriblər, habelə gənclər tərəfindən təşkil olunan müxtəlif formatlarda tədbirlərin bütün imkanları ilə hər cür şəraitin mövcud olduğu kitabxanada keçirilməsi ilə bağlı təkliflər ətrafında kitabxana rəhbərliyi ilə fikir mübadiləsi aparılıb.
 
Tədbirin sonunda qonaqlara çay süfrəsi təqdim olunub.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi