Qarabağın azadlıq nəğməsi

Hit: 646
Qarabağın azadlıq nəğməsi
Vətən, dönüb əsgərə hər nəfərin,
Tükənməsin nə gücün, nə təpərin.
Mübarəkdir, mübarəkdir zəfərin;
Qarabağda dalğalanır bayrağın,
 
Azad oldu yağılardan torpağın!
Oğulların düşmən üstə yeriyər,
Pis günlərin buza dönüb əriyər.
Şuşa, Laçın min bir uğur diliyər;
 
Bundan sonra xoş keçəcək hər çağın,
Azad oldu yağılardan torpağın!
Dostun kimdir, düşmən kimdir bilindi,
Qara günlər taleyindən silindi.
 
Qovuşduğun öz obandı, elindi;
Gülür indi hər yamacın, hər dağın,
Azad oldu yağılardan torpağın!
Bu torpağa Koroğlu tək ər gəlir,
 
Əyilməyən, qoçaq igidlər gəlir.
Zəfərinin ardınca zəfər gəlir;
Məğlub olur sənə düşmənin, yağın,
Azad oldu yağılardan torpağın!
 
 
Anar Məcidzadə,
Azərbaycan Yazıçılar Birliyinin üzvü








Redaktorun seçimi