Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş açıq dərs keçirilib

Hit: 332
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş açıq dərs keçirilib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Konsertmeyster ustalığı” kafedrasının baş müəllimi Yuliya Kərimovanın dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş açıq dərsi keçirildi.
 
Faktor.az xəbər verir ki, bəstəkarın “Sevgili canan” və “Sənsiz” romansları ifa olunmuş, burada Nizaminin qəzəllərinin lirik obrazlarını həssaslıqla əks etdirən musiqi obrazlarının yaradılmasına yönəlmiş onların təfsiri, fortepiano partiyasının texniki çətinliklərinin həlli məsələləri müzakirə edilmişdir.
 
Təqdim olunan açıq dərsdə “Konsertmeyster ustalığı” kafedrasının müdiri, Əməkdar müəllim, professor  Gülnarə Acalova, kafedranın müəllim və tələbə heyəti, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişlər.








Redaktorun seçimi