Autizmli uşaqların iştirakı ilə fincan boyama həyata keçirilib

Hit: 400
Autizmli uşaqların iştirakı ilə fincan boyama həyata keçirilib
17 aprel tarixində Air Arabia və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfirliyi Birgə və Sağlam İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzini ziyarət etmişdir.
 
Tədbirdə BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Əl Bluşi və Air Arabia-nın Ərazi üzrə Meneceri Nuket Angin və Azərbaycan üzrə təmsilçisi Gülnar Rzazadə iştirak etmişdir. Qonaqları mərkəzin rəhbəri Aytən Eynalova qarşılamış və mərkəzlə yaxından tanış etmişdir. Autizmli uşaqların şəxsi inkişafları və onların gələcək karyeralarına hazırlaşması üçün keçirilən dərslər, təlimlər barədə ətraflı məlumat verilmiş, mərkəzin bütün otaqlarında gəzinti həyata keçirilmişdir. Mərkəzin rəhbəri Aytən Eynalova hər bir uşağa individual yanaşma olduğunu bildirmiş, hər bir uşağın ehtiyacları çərçivəsində proqram müəyyənləndiyini və bu proqram əsasında inkişaf yolu hazırlandığını bildirmişdir.
 
Eyni zamanda Mərkəzin nəzdində fəaliyyət göstərən Kashalata kafe haqda məlumatlr verilmişdir. Davamında kafedə çay süfrəsi təşkil olunmuş, şirniyyatlar və çaylar autizmli uşaqlar tərəfindən servis edilmişdir. 
 
Ziyarət zamanı autizmli uşaqlarla birgə fincan boyama fəaliyyəti həyata keçirilmiş, daha sonra Səfirlik və Air Arabia tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunmuşdur. Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.
 
Aprel ayı Autizm Maarifləndirmə Ayı kimi qeyd olunur və bu Mərkəzə həyata keçirilən bu ziyarət də də cəmiyyətin inkluziv üzvlərinə dəstək məqsədi daşıyan sosial təşəbbüslərdən biridir.








Redaktorun seçimi