Kitab Festivalında izdiham! - Rövşən Abdullaoğlu uşaqlara böyük sevinc yaşatdı - FOTOLAR

IV Uşaq Kitab Festivalında balaca dostlarımla yaddaqalan bir gün keçirdim.
“Baramada gizlənən oğlan” adlı yeni kitabımın nəşri “Dostum” nəşriyyatının ilk addımlarına təsadüf etdi. Kitabı ilk dəfə festivalda əlimə almaq, onu məhz orada təqdim etmək və balaca oxucularla bu anı bölüşmək mənim üçün həm həyəcanlı, həm də maraqlı bir təcrübə oldu.
Uşaqların parlaq gözlərindəki maraq, verdikləri suallar və kitaba göstərdikləri sevgi məni dərindən təsirləndirdi. Onların səmimi gülüşləri və xoş sözləri bu yolun nə qədər dəyərli olduğunu bir daha xatırlatdı.
Festivalda yeni oxucularla tanış oldum. İndi səbirsizliklə onların kitab haqqında fikirlərini, təsəvvürlərini və xəyallarını eşitməyi gözləyirəm.
Belə tədbirlər təkcə ədəbiyyat bayramı deyil, eyni zamanda uşaqlarla mənəvi bir körpü qurmaq imkanıdır. Bu körpünün böyüməsi və möhkəmlənməsi isə ədəbiyyatın ən gözəl vəzifəsidir.
Rövşən Abdullaoğlu
Rövşən Abdullaoğlu


