Bakı Musiqi Akademiyasında maarifləndirici tədbir keçirilib - FOTOLAR

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Nəsimi Rayon Polis İdarəsinin rəisi və əməkdaşları tələbələrlə maarifləndirici tədbir keçirdilər.
Faktor.az xəbər verir ki, əvvəlcə Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Yeganə Axundova hər kəsi salamlayaraq, tədbirin əhəmiyyətindən söz açdı.
Tədbirə başlamadan öncə BMA-nın tələbələrinin ifasında rəngarəng musiqi əsərləri səsləndirildi. Belə ki, istedadlı gənc musiqiçilər - Beynəlxalq müsabiqələr laureatı, IV kurs tələbəsi Hidayət Sadıqbəyli (Emil Əfrasiyabın Üzeyir Hacıbəylinin əsərlərindən ibarət “Parafraz”), Beynəlxalq müsabiqələr laureatı, III kurs tələbəsi Kənan Məmmədzadə (Mirhəşim Həşimov-Azad Əliyevin “Rast improvizasiyaları”), Beynəlxalq müsabiqələr laureatı, IV kurs tələbəsi Kənan Rəhmanzadə, (Müslüm Maqomayevin “Azərbaycan”; Müşayiət edir: Dilarə Kərimova) tədbirin bədii hissəsində yüksək peşəkarlıqla çıxış etdilər.
Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi polkovnik Vüqar Ağayeva söz verildi.
V.Ağayev və onun əməkdaşları sözü gedən mövzu haqqında geniş söhbətlər apararaq, video-çarx vasitəsilə tələbələri zəruri informasiya ilə məlumatlandırdılar.
Sonda isə vətəndaşlara qarşı kiber üsulla törədilən cinəyətlərin qarşının alınması mşqsəsdilə maarifləndirmə tədbirlərinin əks olunduğu məlumat vərəqəsi tələbələrə paylanıldı.


