CineMastercard-da "Minecraft kinoda" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTOLAR

Hit: 535
CineMastercard-da "Minecraft kinoda" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTOLAR
“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında “Minecraft kinoda” macəra filminin premyeradan öncə nümayişi keçirilib.
 
Faktor.az xəbər verir ki, film Warner Bros. Pictures və Legendary Pictures şirkətlərinin birgə layihəsidir
 
Cared Hessin rejissoru olduğu filmdə aktyorlar Ceyson Momoa, Cek Blek, Emma Mayers, Daniel Bruks, Sebastyan Yucin Hansen, Cenifer Kulic çəkilib.
 
Qapalı nümayişdə tanınmış simalar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri ilə yanaşı, həm böyüklər, həm uşaqlar da daxil olmaqla müxtəlif yaşlı qonaqlar iştirak ediblər.
 
Tədbirin təşkilində “FRYDAY Burgers & Fries” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Hellofox” event agentliyinin animatoru və L MEGO mərkəzi dəstək göstəriblər.
 
Tamaşaçıların “CineMastercard” kinoteatrlar şəbəkəsində 3 dildə - rus, ingilis və türk dillərində nümayiş etdiriləcək. Həmçinin “Minecraft kinoda” filmini ən son 4DX və ScreenX texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.
 
Qeyd edək ki, yeni film isveçli proqramçı Markus Perssonun yaratdığı Minecraft kompüter oyununun ilk adaptasiyasıdır. Persson 2009-cu ildə layihə üzərində işləməyə başlayıb və bir il sonra ilk inkişafları təqdim edib. Oyun rəsmi olaraq 2011-ci ilin noyabrında buraxılıb.
 
Film dörd autsayder sirli portal vasitəsilə qəribə, kubik möcüzələr ölkəsinə düşməsindən bəhs edir. Qəhrəmanlar ölkədə məskunlaşan pis canlılarla qarşılaşmalı və evlərinə gedən yolu tapmalıdırlar. Sağ qalmaq üçün onlar malik olduqları bütün yaradıcı bacarıqlardan istifadə etməlidirlər.
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi