Asəf Zeynallı adına Musiqi Kollecində ustad dərsləri - FOTOLAR

Hit: 1136
Asəf Zeynallı adına Musiqi Kollecində ustad dərsləri - FOTOLAR
Asəf Zeynallı adına Musiqi Kollecində Azərbaycan Respublikasının Əməkdar artisti, bəstəkar-aranjemançı, Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasının dosenti və müəllimi Vüqar Camalzadə, eləcə də bəstəkar-aranjemançı, “Bəstəkarlıq”kafedrasının müəllimi Azər Hacıəsgərlinin ustad dərsləri keçirilmişdir.
 
Faktor.az xəbər verir ki, tədbir çərçivəsində tələbələrə aranjemançılığın sirləri, müasir texnoloji alətlərin tətbiqi və onlardan istifadə qaydaları haqqında ətraflı məlumat verilmiş, eyni zamanda bəstəkarlıq sahəsində müxtəlif peşəkar yanaşmalar izah olunmuşdur. Dərs zamanı tələbələr musiqi sahəsində innovativ texnologiyaların əhəmiyyətini dərk edərək, praktik biliklərini təkmilləşdirmək imkanı əldə etmişlər.
 
Bundan əlavə, bu cür ustad dərslərinin mütəmadi keçirilməsi və gələcəkdə fakültə fənni kimi tədris edilməsi də nəzərdə tutulur. Tədbirin sonunda Asəf Zeynallı adına Musiqi Kollecinin yetirməsi  Pərviz Məmmədov  Niyazinin “Arzu” romansını, Vüqar Camalzadə ilə birgə  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti  Kazım Nicat isə (vokal) Emin Sabitoğlunun “Şükriyyə” mahnısını özünəməxsus interpretasiyada ifa etmişlər.
 
Ustad dərsləri tələbələr tərəfindən böyük maraqla qarşılanmış və onların yaradıcılıq inkişafına mühüm töhfə vermişdir.
1
1
1
1
1
1








Redaktorun seçimi