"World Harmony" müsabiqəsinin təntənəli bağlanış mərasimi - FOTOLAR

Hit: 1607
"World Harmony" müsabiqəsinin təntənəli bağlanış mərasimi - FOTOLAR
24 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında VII beynəlxalq "World Harmony" müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirildi.
Müsabiqənin münsiflər heyətinin sədri Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, həmsədri Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor, Nərminə Quliyevadır. Beynəlxalq münsiflər heyətinin üzvləri isə Tsinino Biçikaşvili (birliyin təsisçisi), professorlar Rustam Şayxutdinov, Deividas Staponkus, Ala Bendoraitiene, Bilgutay Öztürk və Bakı Musiqi Akademiyasının professor-müəllim heyətindən ibarətdir.
 
Əməkdar müəllim, professor Nərminə Quliyeva ön sözlə çıxış edərək, səkkiz nominasiya, 4 və 5 yaş kateqoriyası üzrə  keçirilən müsabiqənin əhəmiyyətindən danışdı. O, bu müsabiqədə ənənəvi nominasiyalardan başqa, fortepiano, simli və nəfəsli alətlər, konsertmeyster sinfi, xor-dirijorluq sinfi, ümumi fortepiano, kamera ansamblı kimi nominasiyaların əlavə olunmasını qeyd etdi. Sadalanan xüsusiyyətlərə görə  “World Harmony” beynəlxalq müsabiqəsi tarixində belə böyük miqyaslı müsabiqənin məhz Azərbaycanda keçirildiyindən qürur hissi duyduğunu bildirdi. Həmçinin gənc istedadların bacarıqlarının üzə çıxarılmasında bu müsabiqənin mühüm rolundan söz açıb, əhəmiyyətini vurğuladı və qalib ifaçıları təbrik edərək, onlara yeni nailiyyətlər arzu etdi.  Sonra Nərminə xanım sözü xarici münsiflər heyətinin üzvlərinə verdi.
 
Belə ki, beynəlxalq münsiflər heyətinin üzvləri Tsinino Biçikaşvili (Gürcüstan), Vilnus və Kosta-Rika Musiqi Akademiyalarının  professoru Ala Bendoraitiene, professor Rustam Şayxutdinov müsabiqənin yüksək səviyyədə təşkil olunmasından məmnunluqlarını qeyd edib, öz ürək sözlərini böyük hərarətlə bildirdilər.
Ardınca yüksəh əhval-ruhiyyəli qala konsert baş tutdu.
 
Qala konsertdə yüksək təltifə layiq görülən gran-pri mükafatçıları, l yeri qazanan  vokal ifaçı  Aydan Quliyeva çıxış etdilər, sonra Bakı Musiqi Akademiyasının SABAH qrupunun xoru (Bədii rəhbər Dmitriy Babayev) Cahangir Cahangirovun “Qarabağ” mahnısını dinləyicilərə təqdim edib, qala konserti əzəmətli ifaları ilə sonlandırdılar.
Qala konsertdən sonra təltifetmə mərasimi keçirildi. 
 
Bütün iştirakçılar üç yer üzrə laureat, lV diplomant adını qazanmışlar. Digər müsabiqə iştirakçıları sertifikata layiq görülmüşlər.
 
Müsabiqədə Nəfəsli alətlər  üzrə Fərid Hacıyev (Azərbaycan); fortepiano ixtisası üzrə Bachi Mikeladze (Gürcüstan), Pavel Kolbasov (Rusiya), simli alətlər üzrə Xədicə Qasımova (Azərbaycan); vokal ixtisası üzrə Dinara Tausheva (Qazaxıstan), Gran-pri mükafatına, layiq görülmüşlər.
Gənc istedadlı musiqiçiləri bir araya gətirən “World Harmony” müsabiqəsinin paytaxt Bakımızda, dahi Üzeyir bəyin ocağında yüksək səviyyədə təşkil olunması digər xarici ölkələrdən müsabiqəyə təşrif buyuran bütün iştirakçıların və qonaqların böyük marağına səbəb olub, rəğbətlə qarşılandı.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi