COP29-un iştirakçısı uşaqların çıxışını izləyib

Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) rəqs kollektivləri Türk Mədəniyyəti və İrsi Fondunda keçirilən tədbirdə çıxış ediblər.
Tədbirdə BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Qırğızıstanın birinci xanımı Aygül Japarova, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iştirak ediblər.
Tədbir çərçivəsində qonaqların şərəfinə türk xalqlarının mədəniyyətlərini əks etdirən konsert proqramı təşkil olunub. 3 nömrəli UGİM-in rəqs kollektivləri Azərbaycan və qırğız rəqsləri ilə çıxış ediblər. Rəngarəng milli geyimlərdə nümayiş olunan rəqslər xüsusi rəğbətlə qarşılanıb.
Qonaqlar gözəl rəqslərə görə uşaqlara, müəllimlərə və mərkəzin rəhbərliyinə xüsusi təşəkkürlərini bildiriblər.


