Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilib

Hit: 1114
Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilib
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, Azərbaycan Respublikasının Avstriya respublikasındakı səfirliyinin müşaviri Fərid Vəliyev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Tural Verdiyev  və Qoruğun məsul əməkdaşı Səmayə Məmmədova 13-15 noyabr tarixləri arasında Sloveniyanın Lyublyana şəhərində keçirilən Tarixi Şəhərlər Liqasının (TŞL) 19-ci Dünya Konfransında iştirak məqsədi ilə bu ölkəyə səfər ediblər. Səfər çərçivəsində TŞL-nin Baş katibi Shibata Shigenori və Sloveniyanın Lyublyana şəhərinin meri Zoran Yankoviçlə görüşlər keçirilib.
 
Bununla yanaşı, Konfrans çərçivəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzovun təqdimatı əsasında iştirakçı ölkələrə Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası, tarixi-mədəni irsinin  qorunmasının mühüm əhəmiyyəti, işğal dövründə ermənilər tərəfindən törədilən vandallıq  barədə ətraflı məlumat verilərək  qeyd edilib ki,  hal-hazırda şəhərdə geniş abadlıq və quruculuq, yenidənqurma işləri aparılır, yeni infrastruktur  obyektləri yaradılır,  şəhərin dünya ictimaiyyətinə tanıdılması istiqamətində  bir sıra beynəlxalq  səviyyəli tədbirlər keçirilir.








Redaktorun seçimi