Azərbaycanlı yazıçının romanı beynəlxalq kitab müsabiqəsində uğur qazandı

Hit: 4403
Azərbaycanlı yazıçının romanı beynəlxalq kitab müsabiqəsində uğur qazandı
Yazıçı, filosof və psixoloq Rövşən Abdullaoğlunun Afrika qəbilələrinin həyatından bəhs edən “Mən yeməli deyiləm” romanı Amerikanın Erik Hoffer adına kitab müsabiqəsində (Eric Hoffer Book Award) uğur qazanıb. Kitab münsiflər heyətindən uğurlu rəylər toplayaraq finalçılar arasında yer alıb. 
 
Tanınmış Amerika filosofu və yazıçısı Erik Hofferin adını daşıyan bu müsabiqə yarandığı vaxtdan dünyanın ən böyük və mötəbər ədəbi müsabiqələrindən hesab edilir. Siyasi və ticari maraqlardan tam uzaq olması ilə fərqlənən yarışma müstəqil yazıçıların və nəşriyyatların işlərini dəyərləndirərək ən layiqlilərini geniş oxucu kütləsinə çatdırır. Müsabiqənin əsas hədəfi orijinal və təsirli düşüncəni özündə əks etdirən sanballı əsərləri mükafatlandırmaq və dünyada tanıtmaqdır. Sosial mövzulara yeni, fərqli baxış bucaqları təqdim edən və ictimai müzakirələri canlandıran əsərlərə daha çox dəyər verilir. 
 
Müsabiqəyə həm yeni qələmə alınmış, həm də çap edilmiş, uğur qazanmış əsərlər təqdim edilir. Əsərlər peşəkar münsiflər tərəfindən yazı üslubu, məzmunun dərinliyi, oxucuya təsir gücü və s. kateqoriyalar üzrə dəyərləndirilir. Bir neçə min əsər arasından yalnız bir neçəsi finalist mərhələsinə yüksəlir. Bu məhdud siyahıda “Mən yeməli deyiləm” romanı da yer alıb.
 








Redaktorun seçimi