Rusiyalı pianoçu Bakı Musiqi Akademiyasında ustad dərsi keçib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 22-26 iyun tarixlərində ölkəmizdə keçirilən Rusiya Mədəniyyəti Günləri çərçivəsində rusiyalı pianoçu Aleksey Melnikovun ustad dərsi olub.
İyunun 23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında gerçəkləşən ustad dərsində A.Melnikov öz bilik və təcrübəsini pianoçu tələbələrlə bölüşüb.
Gənclərin suallarını cavablandıran tanınmış ifaçı onlara öz tövsiyələrini verib.
Gənclərin suallarını cavablandıran tanınmış ifaçı onlara öz tövsiyələrini verib.


