Bəstəkar Pikə Axundova ilə gənclərin görüşü keçiriləcək

Hit: 1061
Bəstəkar Pikə Axundova ilə gənclərin görüşü keçiriləcək
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliy və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundova ilə gənclərin görüşü keçiriləcək.
 
Birliyin Mətbuat xidmətindən Faktor.az-a  məlumat verilib ki, tədbir 22 iyun, saat 15:00-da görkəmli bəstəkar Qara Qarayevin ev muzeyində keçiriləcək. “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək görüşdə bəstəkar Azərbaycan musiqi mədəniyyətinin inkişafı kontekstində müasir bəstəkarlıq ənənələrinin təbliği, gənc bəstəkarların yaradıcı fəaliyyətindən bəhs edəcək. 
 
Tədbir müddətində “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində müasir musiqinin rolu”, “Bəstəkarlıq fəaliyyətində yeni, innovativ yanaşmalar: keçmiş ənənələrə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində Pikə Axundovanın ifasında “Salam, Şuşa”, Tokkata” və müğənni Zabitə Əliyevanın ifasında bəstəkarın “Qəlbimin səsi” nəğməsi təqdim ediləcək.
 
“MədəniyyətimİZ” proqramı Azərbaycan incəsənətinin gənclər arasında təbliği, mədəniyyətin gündəlik həyat tərzinə çevirilməsi, gənclərin milli-mənəvi dəyərlərə xas və vətənpərvər ruhda yetişməsinə nail olmaq məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif mədəniyyət nümayəndələri ilə musiqili görüşlərin təşkili nəzərdə tutulur.
Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/8AY6KXF7AYacPjQB7 
 








Redaktorun seçimi