Göygöldə Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin yubileyi qeyd olunub - FOTOLAR

Hit: 970
Göygöldə Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin yubileyi qeyd olunub - FOTOLAR

Göygöl rayonunda Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin 70 illik yubileyi qeyd olunub

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin 70 illik yubleyinə həsr olunumuş Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Aşıq Şəmşirin nəvəsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin sektor müdiri Nürəddin Babazadə, rəsmi qonaqlar və rayon ictimaiyyəti iştirak ediblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin direktoru Nuranə Quliyeva çıxış edərək məktəbin uğurları və nəaliyyiətləri haqqında geniş məlumat verib. Sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov çıxış edərək məktəbin  mədəniyyətə və incəsənətə verdiyi tövhələrdən danışıblar. Gəncə-Daşkəsən Regional Mədəniyyət  İdarəsinin sektor müdiri Nürəddin Babazadə çıxış edərək Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımovun təbrikini çatdırıb və məktəbə gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Tədbirdə məktəbin müəllimləri, şagirdləri, məzunları və əməkdar artistlər konsert proqramı ilə çıxış ediblər. Sonda Fəxri Fərmanlar təqdim olunub və kollektivlə xatirə şəkili çəkdirilib.
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi