Hacı Şahin Həsənli ilə bağlı film təqdimatı keçirilib - FOTOLAR

Hit: 977
Hacı Şahin Həsənli ilə bağlı film təqdimatı keçirilib - FOTOLAR
"Qaçan Atlar Production" -ın ərsəyə gətirdiyi "Dünyada Bir Gün" qısa filmlər layihəsi çərçivəsində Hacı Şahin Həsənli ilə bağlı film təqdimatı keçirilib. Filmin ssenari müəllifi və rejissoru Natiq Axunddur.
 
Azərbaycan kinoteatrında keçirilən təqdimat gecəsində ölkənin tanınmış şəxsləri, ictimai və siyasi xadimlər, incəsənət nümayəndələri iştirak edib.
 
Filmin mövzusu
Hacı Şahin Həsənlinin ziyarətinə gedən gəncləri yoldan bir cahil taksi sürücüsü götürür. Yol boyu baş verən təzadlı fikirlər, fərqli düşüncələr... həyəcan dolu anlara, gözlənilməz nəticələrə səbəb olur...
«BİR GECƏNİN İÇİNDƏ» filmindən. Hacı Şahin Həsənli ilə bağlı bir həyat hekayəsi əsasında çəkilmiş qısa, ibrətamiz film, TEZLİKLƏ!
 
Filmin süjet xətti Hacı Şahinin günahkar bəndələrin hidayətinə vəsilə olmasıdır.
 
Filmin tam versiyası tezliklə geniş kütləyə təqdim olunacaq. Tanışlıq üçün qısa tizer versiyanı sizə təqdim edirik.
 
https://youtube.com/shorts/N71cmGqGV5o?si=cAQAB5ETlySwPmwz
1
1
1
1
1








Redaktorun seçimi