“CineMastercard” kinoteatrında “Arap Kadri” türk komediyası - VİDEO

Hit: 2493
“CineMastercard” kinoteatrında “Arap Kadri” türk komediyası - VİDEO
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır.
 
Faktor.az xəbər verir ki, film aprelin 19-dan yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində yayımlanacaq.
 
“Arap Kadri” Türk komediyasının rejissoru Emre Kavuk, baş rolların ifaçıları isə Ahmet Mümtaz Taylan, Necip Memili və Zeynep Çamcıdır.
 
16 yaşdan yuxarı izləyicilərin baxa biləcəyi film azadlığına düşkün olan Arap Kadrinin həyatından və başına gələnlərdən bəhs edir. O, meşədə yaşayan itaətsiz adamdır. Tarzanın nizam-intizam qurduğu meşədə isə canlılar nizamlı bir həyat yaşamağa çalışırlar. Şəhər həyatına uyğunlaşa bilməyən Arap Kadri, meşəyə gələrkən qarşılaşdığı sadə həyata qapı açır. Bu vəziyyət onunla Tarzan arasında münaqişəyə səbəb olur.








Redaktorun seçimi