Əməkdar jurnalist Elçin Şıxlı ilə görüş keçirilib

Hit: 672
Əməkdar jurnalist Elçin Şıxlı ilə görüş keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ilə görüş keçirilib.
 
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Görüşdə rəsmilər, mədəniyyət işçiləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Tədbirin aparıcısı qeyd edib ki, Elçin Şıxlı Azərbaycan jurnalistikasının inkişafında özünəməxsus yeri və nüfuzu olan,  Azərbaycan mediasına hər zaman müasirlik, yenilik gətirən bir novatordur. 
 
Elçin Şıxlı çıxışı zamanı həyat yolundan, jurnalist fəaliyyətindən, çoxşaxəli yaradıcılığından bəhs edib, auditoriyanın suallarını cavablandırıb .
 








Redaktorun seçimi