“Kitabi Dədə Qorqud” müstəqillik epoxasında” kitabı işıq üzü görüb

Hit: 560
“Kitabi Dədə Qorqud” müstəqillik epoxasında” kitabı işıq üzü görüb
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Kitabi Dədə Qorqud” müstəqillik epoxasında” (sənədlər və materiallar) kitabı nəşr edilib.
 
Kitab institut Elmi şurasının 8 fevral 2023-cü il tarixli qərarı ilə çap olunub.
 
AMEA-nın prezidenti Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Kitabi-Dədə Qorqud” salnaməsi” sərlövhəli əhatəli “Ön söz”də nəşrin əhəmiyyətindən bəhs edib. Kitabın toplayanı, tərtib edəni və nəşrə hazırlayanı filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlıdır. Məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.
 
Dörd hissədən ibarət kitabda görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın möhtəşəm ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanları ilə əlaqədar imzaladıqları Fərman və sərəncamlar, müxtəlif tədbirlərdəki nitqləri, həmin tədbirlərdə iştirak etmiş tanınmış simaların çıxışlarının mətnləri verilib.
 
304 səhifədən ibarət kitab “Elm” nəşriyyatında işıq üzü görüb.








Redaktorun seçimi