Kambocada beynəlxalq mədəniyyət festivalında Azərbaycan guşəsi yaradılıb

Hit: 346
Kambocada beynəlxalq mədəniyyət festivalında Azərbaycan guşəsi yaradılıb
Kambocada yaşayan həmvətənlərimiz Paragon Beynəlxalq məktəbində 41 ölkənin iştirakı ilə təşkil edilmiş festivalda Azərbaycan guşəsi yaradıblar. Guşədə milli suvenirlər sərgilənib, mətbəximizin nümunələri qonaqlara  təqdim olunub. Təqdim edilən yemək və şirniyyatların bir qismi nümayiş, digər qismi isə xeyriyyə məqsədilə hazırlanıb. Əldə olunan gəlir xeyriyyə təşkilatı “Human Help Organisation”a bağışlanıb.
 
Müxtəlif mədəniyyətlərdən olan insanların bir araya gəldiyi bu festivalda həmvətənlərimiz ölkəmizin əsrarəngiz təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, musiqisi, adət-ənənələri, mətbəxi, həmçinin turizm potensialı barədə festival iştirakçılarına və qonaqlara ətraflı məlumat veriblər.
 
Festivalda həmçinin azərbaycanlı şagirdlər xalq mahnımız “Sarı gəlin”in sədaları altında rəqs edib, “Qarabağ’’ mahnısını səsləndiriblər. Onların çıxışını festival iştirakçıları maraqla qarşılayıblar. 








Redaktorun seçimi