Füzuli teatrı Novruz bayramına həsr olunmuş şou-proqrama start verib

Hit: 658
Füzuli teatrı Novruz bayramına həsr olunmuş şou-proqrama start verib
Füzuli Dövlət Dram Teatrı Novruz bayramına həsr olunmuş "Novruz sərgüzəştləri” adlı şou-proqrama start verib. 
 
05.03.2024-cü il tarixindən etibarən rayonun kənd və qəsəbələrində çıxışlar olunur. Teatrın direktoru Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Şəlalə Kərimovanın ssenarisi əsasında hazırlanan şou- proqramın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
 
Teatr hər il olduğu kimi bu il də bayram ərəfəsində rayonun kənd və qəsəbələrində, "N” saylı hərbi hissələrdə silsilə bayram proqramı ilə çıxış edəcək.
 
Qeyd edək ki, bayram tədbiri 19 mart 2024-cü il tarixə kimi davam edəcək








Redaktorun seçimi