“Baharın görüşləri” layihəsi çərçivəsində müğənni Xatun Əliyeva ilə görüş keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Baharın görüşləri” layihəsi çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində müğənni Xatun Əliyeva ilə görüş keçirilib.
Görüşdə rəsmilər, mədəniyyət işçiləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aparıcı tədbiri açıq elan edərək Od çərşənbəsi münasibətilə hər kəsi təbrik edib.
Xatun Əliyeva çıxışında “Tənhayam”, “Çıxma qarşıma”, “Səndən ötrü” , “Sən gəlmədin” , “Qaynana” kimi sevilən mahnılarını səsləndirib və tamaşaçıların ona ünvanladığı sualları cavablandırıb.
Görüş sevilən müğənninin ifasında “Azərbaycan” mahnısı ilə sona çatıb.


