“CinemaPlus”da Türkiyədə izlənmə rekordları qıran “Ölümlü Dünya 2” komediyası - VİDEO

Hit: 772
“CinemaPlus”da Türkiyədə izlənmə rekordları qıran “Ölümlü Dünya 2” komediyası - VİDEO
Fevralın 8-dən yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyədə izlənmə rekordları qıran “Ölümlü Dünya 2” komediyasının nümayişi başlayır.
Filmin rejissoru Ali Atay, ssenaristləri Ali Atay, Feyyaz Yiğit və Aziz Kedidir.
 
Rollarda Ahmet Mümtaz Taylan, Alper Kul, Doğu Demirkol, Feyyaz Yiğit, Giray Altınok, İrem Sak, Mehmet Özgür, Özgür Emre Yıldırım və Sarp Apak kimi tanınmış aktyorlar oynayırlar.
 
Film haqqında qısaca: Qanundan kənar həyatlarını davam edən Mermer ailəsinin hər bir üzvü öz problemləri ilə mübarizə aparır. Serhan hamilə yoldaşı Begümü yeni həyatlarına öyrəşdirməkdə çətinlik çəkir. Serhat sevdiyi qadından məhrum olur, Qazanfer isə ailəsini cinayət təşkilatına qarşı bir arada saxlamaq üçün mübarizə aparır. Lakin Zaferin təşkilatın əlinə keçməsi hər kəsin həyatını alt-üst edir.
 
Qeyd etmək istərdik ki, Türkiyədə “Ölümlü Dünya 2” filmi nümayiş olunduğu gündən 2 milyona yaxın izləyici toplayıb.
 
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.








Redaktorun seçimi