“Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq - VİDEO

Hit: 1067
“Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq - VİDEO
CinemaPlus kinoteatrlar şəbəkəsində yanvarın 18-dən etibarən avtomobil yarışlarından bəhs edən, İtaliya və Britaniya istehsalı olan “Böyük yarış. Lancia Audiyə qarşı” filminin nümayişi başlayır.
 
Filmin süjeti real hadisələr əsasında çəkilib və 1983-cü ildə Dünya Ralli Çempionatında Audi Quattro və Lancia 037 komandalarının rəqabəti haqqındadır.
 
Rejissor: Stefano Mordini.
 
Baş rollarda Daniel Brül, Rikkardo Skamarço, Folker Bruh, Keti Klarkson-Hill, Yacopo Rampini, Kay Portman və Aksel Gallua.
 
Film haqqında qısa məlumat: İtalyan “Lancia” və Alman “Audi” arasında məşhur qarşıdurma hekayəsi. Dünyanın ən yaxşı pilotları tərəfindən idarə olunan iki konsernin, iki fəlsəfənin və iki əfsanəvi avtomobilin döyüşü. 12 ölkədə 20 yol: yağış, qar, dağ serpantinləri və orta əsr şəhərlərinin dar küçələri. Bütün imkanlardan istifadə olunur - komandaların heç biri geri çəkilməyi düşünmür. Qalib hər şeyi alır, uduzan maşınları yuyur.
 
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.








Redaktorun seçimi