“Nəsil ağacı” sənədli filmi Naxçıvanda nümayiş olundu - FOTOLAR

Hit: 1020
“Nəsil ağacı” sənədli filmi Naxçıvanda nümayiş olundu - FOTOLAR
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (AJN) Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş “Nəsil ağacı” adlı sənədli filmin təqdimat mərasimini bu gün Naxçıvan şəhərində keçirib.
 
Bu barədə BAKU.NEWS-a filmin prodüseri Elnur Niftəliyev məlumat verib.
 
Qeyd olunub ki, Naxçıvanın Gənclik Mərkəzində baş tutan təqdimat mərasimində rəsmi qonaqlar, ziyalılar, ictimaiyyət nümayəndələri, tələbələr iştirak ediblər.
 
Filmdə Qərbi Azərbaycandan deportasiya edilən həmvətənlərimizdən, məşhur ailələr, ziyalılar və nəsillərdən bəhs olunur.
 
Film bir neçə ailənin hekayəsi timsalında hazırlanan ensiklopedik ekran əsəri olmaqla Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub.
 
Filmin çəkilişləri Bakıda və xüsusilə Qərbi Azərbaycandan olan soydaşlarımızın vaxtilə öz yurdlarından ermənilər tərəfindən məcburi deportasiya olunandan sonra kompakt yaşamağa başladıqları Göygöl, Goranboy və Gəncə şəhərində lentə alınıb.
 
Qeyd edək ki, filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyev, rejissoru Zəka Quliyev, operatoru Vüqar Şıxəliyev və montaj rejissoru Elmar Tariyeloğludur.
1
1
1
1
1








Redaktorun seçimi