Bakıda “Nine Senses Fest” adlı möhtəşəm mənəvi və fiziki təcrübələr festivalı keçiriləcək - FOTOLAR

Hit: 977
Bakıda “Nine Senses Fest” adlı möhtəşəm mənəvi və fiziki təcrübələr festivalı keçiriləcək - FOTOLAR
Bakıda “Nine Senses Fest” adlı möhtəşəm mənəvi və fiziki təcrübələr festivalı keçiriləcək.
 
Bu çərçivədə “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində KİV nümayəndələri ilə görüş keçirilib.
 
Görüş zamanı “Nine Senses”in akademik direktoru və “Nine Senses Fest” beynəlxalq festivalının kuratoru Natalya Jukova mətbuat nümayəndələrini öncə incəsənət mərkəzi ilə tanış edib, mərkəzin fəaliyyəti ilə bağlı geniş informasiya verib. O, daha sonra oktyabrın 6-8-də Bakıda keçiriləcək “Nine Senses Fest” beynəlxalq festivalı haqqında jurnalistlərə geniş məlumat verib və KİV nümayəndələrinin suallarını cavablandırıb.
 
“Nine Senses Fest” beynəlxalq festivalı “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyilə keçirilir. “Nine Senses Fest” beynəlxalq festivalı ruh, bədən və ağıl (Spirit, Body, Mind) istiqamətləri arasında təcrübələr festivalıdır. Məqsədimiz üç istiqamətdə fəaliyyət göstərən peşəkar mütəxəssisləri bir araya gətirmək və festival iştirkaçılarına təqdim etməkdir. Festivalda Azərbaycanın, həmçinin dünyanın ən peşəkarlar mütəxəssislərinin ustad dərsləri keçiriləcəkdir. Biz sizə dünyanın müxtəlif ölkələrindən ən yaxşı mütəxəssisləri, istiqamət hedlaynerlərini və mənəvi saflığa xidmət edən məktəblərin rəhbərlərini dəvət etmişik”, - N.Jukova qeyd edib.
 
O, festivalın keçiriləcəyi məkanlar haqqında da danışıb: “Festival üç məkanda keçiriləcək. Festivalın birinci günü, yəni oktyabrın 6-da “The club Port Baku”da, oktyabrın 7-8-də isə “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində və “Sea Breeze Resort”, həmçinin “SeaBreeze Event Hall”da keçiriləcək”.
 
N.Jukova artıq biletlərin satışa çıxarıldığını da vurğulayıb: “Biletlərin qiyməti 150 manat təşkil edir. Məbləğə 3 gün ərzində istənilən ustad dərslərinə və bütün festival tədbirlərinə giriş daxildir. Biletləri https://fest.ninesenses.az/az/ saytından onlayn formada əldə edə bilərsiniz, həmçinin festivalın proqramı ilə də tanış ola bilərsiniz. Bundan əlavə festival haqqında geniş məlumat əldə etmək üçün https://www.instagram.com/ninesensesfest/ instaqram səhifəsindən məlumatı ala bilərsiniz. Hər kəsi festivalda gözləyirik”.
 
Qeyd edək ki, “Nine Senses Fest” festivalında yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra. Artistic yoqa, meditasiya təcrübələri, bədən yönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik ustad dərsləri, art terapiya, terapevtik qrup məşqləri və qrup sağlamlıq və həyat kouçluğu təlimləri olacaq.
 
Tədbirin 4 hedlayneri olacaq:
 
İmran Kriya - yoqa ustadıdır, eyni zamanda, musiqiçi, bəstəkar və multiinstrumentalist.
Anna Vladimirova - həkim, Çin təbabəti üzrə mütəxəssisdir. Wu Ming Dao şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifidir.
Mətanət Babayeva – psixi və emosional sağlamlıq, eləcə də korporativ mədəniyyətdə məhsuldarlıqla iş üzrə mütəxəssis. Azərbaycanda insan resursları sahəsində aparıcı mütəxəssislərdən biri.
Nandan Qautam – müasir idman təbabətini və qədim yoqa müdrikliyini özündə birləşdirən daha canlı və yeni bir yoqa forması olan CEO Artistic Yoqa məktəbinin ustadı və rəhbəri. O, ABŞ-da təhsil alıb, USA Today-də işləyib və ruhani müəllim Dr. Bharat Thakurdan yoqa öyrənmək üçün Hindistana qayıdıb. Nandan yoqa, musiqi və meditasiyanın məlum olmayan sirli sahələrini araşdırır, daxili rahatlıq və məmnunluq hissini tapmağa kömək edir.
Əl işlərindən ibarət tematik yarmarka və qaranlıqda teatr adlı musiqili proqram təşkil olunacaq. Festivalın sonunda isə hedlayner İmran Kriyanın canlı meditasiya konserti və müğənni Çingiz Mustafayevin canlı konsert proqramları təşkil olunacaq.
 
Festivalın əlaqə nömrələri:
 
+994103100203
 
+994552555412
1
1
1
1
1








Redaktorun seçimi