CinemaPlusda “Əyləncəli səyahət” adlı komediya filminin nümayişi başlayır - VİDEO

Hit: 2319
CinemaPlusda “Əyləncəli səyahət” adlı komediya filminin nümayişi başlayır - VİDEO
“CinemaPlus” kinoteatrlar şəbəkəsində iyulun 6-dan etibarən “Əyləncəli səyahət” (JOY RIDE) adlı macəralı Amerika filminin nümayişi başlayır.
Hollivud komediyasının prodüseri məşhur ssenarist və aktyor Set Rogendir.
 
Onunla birlikdə əfsanəvi “Superbad”, “The Boys”, “Pam & Tommy” kimi qlobal hitlərə imza atmış Evan Qoldberq bu filmdə də ortaq müəllif və ortaq prodüserdir.
 
Rogen karyerasında ilk dəfə qızlara yönəlik layihə həyata keçirib.
 
Məşhur aktyor-prodüser film barədə deyib: “Mən ayda yüzlərlə ssenari alıram, oxuyuram, lakin “Əyləncəli səyahət”in ssenarisi mənim üçün istənilən pulu ödəməyə hazır olduğum bir ssenari idi. Ssenari çox gülməli və ürəkdən yazılıb. Bu da şübhəsiz hər prodüser üçün böyük uğurdur”.
 
Qızların macəralarından bəhs edən komediya filminin rejissoru, ssenari müəllifi və prodüseri Adel Lim olub. Onun Hollivuddakı böyük uğurlarından biri məşhur “Crazy Rich Asians” filmi hesab olunur (dünya üzrə gəlir 238 milyon dollar olmuşdur). Limin rejissorluq debütünü etdiyi növbəti layihəsi- Disneyin animasiya blokbasteri “Raya və Son Əjdaha” idi.
 
Film unudulmaz səyahətə çıxan dörd rəfiqənin həyəcanlı və gülüş dolu macəralarından bəhs edir. Odrinin (Eşli Park) işgüzar səfəri uğursuzluğa düçar olanda o, kömək üçün ən yaxın rəfiqəsi Loloya (Şerri Kola), Çin televiziya ulduzuna çevrilmiş kollec rəfiqəsi Ketiyə (Stefani Syui) və Lolanın ekssentrik əmisi qızı Mamiyə (Sabrina Vu) müraciət edir. Dörd dost birlikdə Asiya üzrə səyahətə çıxırlar və yol boyu özünü qəbul edib, sevməyin nə demək olduğunun kəşf edirlər.
 
Baş qəhrəman Obrini “Emily in Paris” şousunda baş roldan sonra tamaşaçıların aşiq olduğu aktrisa, rəqqasə və müğənni Eşli Park canlandırıb. Brodvey musiqili layihəsi “Mean Girls”da roluna görə Eşli Park nüfuzlu “Tony” Mükafatına namizəd olub.
 
Onun rəfiqəsi Ket rolunu isə “ailəvi seriallar” ulduzu, Stefani Syu canlandırır. O, bu il məşhur elmi-fantastik komediya “Hər şey hər yerdə və bir anda” filmində baş qəhrəman Mişel Yeohun qızı roluna görə “Oskar” mükafatına namizəd olub. Syu həmçinin "Möcüzəli missis Meysel" layihəsində və “Şan-Çi və on halqa əfsanəsi” super qəhrəman blokbaster filmlərində rolları ilə tanınır.








Redaktorun seçimi