Dahi Bülbül öz doğma Şuşasında anıldı

Şuşanın böyük adlarından və simalarından biri, Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi Bülbülün doğum günü münasibəti ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, Qoruğun əməkdaşları, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin rəsmiləri onun büstünü (1992-ci ildə Şuşanın işğalı zamanı ermənilər tərəfindən güllələnmiş büstü), eyni zamanda ev muzeyini ziyarət etdilər, gül dəstələri qoydular.
Bülbülün ev muzeyinin direktoru Fəxrəddin Hacıbəyli dahi sənətkarın Azərbaycan musiqi tarixindəki əvəzsiz rolundan, zəngin sənətindən və incəsənətə verdiyi müstəsna töhfələrindən, eyni zamanda uşaqlıq və gənclik illərindən danışdı.


