Neftçalada Milli Qurtuluş Günü münasibətilə konsert keçirilib - FOTOLAR

Hit: 845
Neftçalada Milli Qurtuluş Günü münasibətilə konsert keçirilib - FOTOLAR
Neftçala rayonunda keçirilən konsert tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
 
İlk öncə Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Konsertdə xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidilə Bakıya gəlişi, bundan sonra ölkədə həyata keçirilən irimiqyaslı işlərin görülməsi, tariximizə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik olması, Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısının alınması haqqında geniş məlumat verilib.
 
Konsert Biləsuvar Regional Mədəniyyət İdarəsinin hazırladıqları musiqi proqramı ilə davam edib.
1
1
1
1
1








Redaktorun seçimi