Boomerang Kitab Klubunda İspan günü qeyd olundu
Boomerang Kitab Klubunda İspan günü qeyd olundu. İspaniya səfirliyinin kluba bağışladığı ispan dilində olan kitabların təqdimatına həsr olunmuş tədbiri giriş sözü ilə açan klubun direktoru Cəmilə İsmayılzadə mərkəzin təhsil və əyləncənin kombinasiyasına əsaslanan fəaliyyəti barədə məlumat verdi.
Klubun şəraiti, zəngin kitabxanası və oyun otaqları ilə tanış olmuş İspaniyanın Bakıdakı səfirliyinin rəhbəri Patrisiya Serrano Sançez klubla bağlı müsbət təəssüratını bölüşdü və mərkəzin Azərbaycan-İspaniya mədəni əlaqələrinə töhfə verən fəaliyyətini alqışladığını bildirdi.
Tədbir klub üzvlərinin ifasında Azərbaycan və ispan milli rəqslərinin (flamenko) nümayişi ilə davam etmişdir. Tədbirin digər ispaniyalı qonağı, pedaqoq Mariya Qonsalesin auditoriya ilə əyləncəli ispan dili dərsi də keçdi.