Latviyada “Azərbaycan xalçaları. Keçmişlə müasirin sinergiyası” adlı sərgi təşkil olunub

Hit: 632
Latviyada “Azərbaycan xalçaları. Keçmişlə müasirin sinergiyası” adlı sərgi təşkil olunub
2027-ci ilədək Avropanın mədəniyyət paytaxtı seçilən Latviyanın Liepaya şəhərində “Azərbaycan xalçaları. Keçmişlə müasirin sinergiyası” adlı sərgi təşkil olunub.
 
“Azərxalça” ASC-dən Faktor.az-a verilən məlumata görə, Azərbaycan xalçalarının Avropada tanıdılması məqsədilə ilk dəfə keçirilən sərgidə xalçalarla yanaşı, ölkənin xalçaçılıq sənətinə həsr olunan foto-sərgi və video-çarxlar da təqdim olunub. Sərginin açılışında rekord sayda ziyarətçi iştirak edib.
 
Xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.








Redaktorun seçimi