“Əbədiyaşar Məhəbbət” kitabının təqdimatı - FOTOLAR

Hit: 907
“Əbədiyaşar Məhəbbət” kitabının təqdimatı - FOTOLAR
Yazıçı-jurnalist Elmira Axundovanın Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illiyinə həsr etdiyi və TEAS Press Nəşriyyat Evinin təşəbbüsü ilə nəşr olunan “Əbədiyaşar məhəbbət” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkilləri,  ictimai-siyasi xadimlər, elm adamları,  yazıçılar və mədəniyyət xadimləri iştirak ediblər. 
 
Kitabın müəllifi, Azərbaycanın Xalq yazıçısı Elmira Axundova Heydər Əliyev ilə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın böyük məhəbbətindən və birgə həyat yollarından, Zərifə xanımın zəngin həyat və yaradıcılığından danışıb. Sonra isə Ümummilli lider Heydər Əliyevin və  akademik  Zərifə Əliyevanın  həyat yoluna həsr olnmuş “Əbədiyaşar məhəbbət” videoçarxı  nümayiş etdirilib. Videotəqdimatda onların birgə həyat yollarını əks etdirən kadrlar yer alıb.
 
Tədbirdə akademik Arif Rəhimzadə, professor İsa Həbibbəyli, millət vəkili Jalə Əliyeva, professor Paşa Qəlbinur, YAP Respublika Veteranlar Şurasının İdarə heyətinin üzvü Zərifə Quliyeva çıxış edərək Heydər Əliyev və Zərifə xanım haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Çıxış edənlər qeyd ediblər ki, Zərifə xanım Əliyeva bu gün də onu tanıyanların qəlbində istedadlı alim, bacarıqlı həkim,  qayğıkеş, mehriban ana, sədaqətli ömür yoldaşı, etibarlı dost, səmimi insan kimi yaşayır.
 
Daha sonra musiqili-ədəbi proqram nümayiş etdirilib.  Zərifə Əliyevanın və Heydər Əliyevin sevdikləri Azərbaycan şairlərinin şeirləri, bəstəkar və xalq mahnıları səsləndirilib. Respublika və beynəlxalq müsabiqələr laueratı Səxavət Məmmədov və Pərviz Məmmədovun ifasında  "Ana" (Sevil Əliyeva) və "Elegiya" (Müslüm Maqomayev),  "Sənsiz" (Nizami Gəncəvi), "Sənə də qalmaz" (Tofiq Quliyev), Fikrət Əliyevin ifasında "Küçələrə su səpmişəm" (xalq mahnısı) və "Leyla" (Rauf Hacıyev), Canəli Canəliyev "Ayağa dur, Azərbaycan" (Məmməd Araz) əsərlərini səsləndiriblər.
 
Tədbir Xalq şairi Zəlimxan Yaqubun Heydər Əliyev və Zərifə Əliyeva haqqında "Zərifə sevgisi - Heydər sevinci" şeirinin ifası ilə sona çatıb.
 
1
1
1
1
1
1








Redaktorun seçimi