Neftçalada Ulu Öndərin 100 illiyi ilə əlaqədar konsert keçirilib - FOTOLAR

Hit: 1082
Neftçalada Ulu Öndərin 100 illiyi ilə əlaqədar konsert keçirilib - FOTOLAR
Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Neftçala rayon təşkilatının, Biləsuvar regional Mədəniyyət İdarəsinin, Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan musiqili konsert proqramı keçirilib.
 
Tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
 
Tədbirdə Azərbacyan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Zərifə xanım Əliyevanın zəngin həyatı, fəaliyyəti, xalqımız qarşısında əvəzsiz xidmətləri haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.
 
Tədbir Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları musiqili konsertlə davam edib və YAP Neftçala rayon təşkilatı tərəfindən bir qrup şəxslər fəxri fərmanlar ilə təltif olunub.
1
1
1
1
1
1








Redaktorun seçimi