“Üçlü pürüz” Türk komediyası Bakı ekranlarında! - VİDEO

Hit: 1623
“Üçlü pürüz” Türk komediyası Bakı ekranlarında! - VİDEO
Aprelin 27-dən etibarən "CinemaPlus” kinoteatrlar şəbəkəsində "Üçlü pürüz” Türk komediya filminin nümayişı başlayır.
 
Filmin rejissoru Vedat Uyardır. Baş rollara Hakan Altıner, Selim Erdoğan və Deniz Gündoğdu çəkilib. Film bir-birini sevən Fatih və Edadan bəhs edir.
 
Onlar ailələrindən gizlin evlənirlər. Cütlük evləndikləri üzə çıxmadan, Adanaya gedərək, orada saxta nigah bağlamağı planlaşdırır.
 
Bu məqsədlə də, əslində bank işçisi olan dostları Serhatdan saxta nigah məmuru, Hakan və Utkudan da nigah şahidi olmalarını istəyirlər.
 
Birlikdə Adanaya yola çıxan qrup, səyahət zamanı avtomobillərinin oğurlanması ilə gözlənilməz bir macəranın içinə düşürlər.








Redaktorun seçimi