“CinemaPlus”da Türk idman-tarixi filmi “Tek Yürek İmalat-ı Harbiye”

Hit: 1023
“CinemaPlus”da Türk idman-tarixi filmi “Tek Yürek İmalat-ı Harbiye”
“CinemaPlus” kinoteatrlar şəbəkəsində 30 martdan etibarən Türkiyənin “Tek Yürek İmalat-ı Harbiye” idman-tarixi filminin nümayişi başlayır.
 
Rejissor və ssenarist – Serdar Çetinkaya.
 
Baş rollarda: Turqay Tanülkü, İnanç Konukçu, Sitare Akbaş.
 
Filmin yaş həddi 12+ təyin olunub.
 
Film 1910-cu ildə bir komanda yaradan və Fransanın nəzarəti altında olan liqada futbol oynamağa başlayan “İmalat-i-Harbiye” işçilərinin hekayəsindən bəhs edir. Onlar üçün əyləncəli bir ehtiras olan futbol tezliklə milli mübarizənin bir hissəsinə çevrilir. Ölkələri üçün “Tek Yürek”lə döyüşən “İmalat-i Harbiye”nin futbolçuları indi də eyni ruhda birləşərək xərçəng xəstəsi olan Yiğit üçün mübarizə aparırlar.
 
CinemaPlus kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.
 








Redaktorun seçimi