"Azərbaycan teatrı – 150: İnkişaf Perspektivləri” mövzusunda Teatr Forumu keçiriləcək

Hit: 940
"Azərbaycan teatrı – 150: İnkişaf Perspektivləri” mövzusunda Teatr Forumu keçiriləcək
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 10-11 aprel 2023-cü il tarixlərində “Azərbaycan teatrı – 150: İnkişaf Perspektivləri” mövzusunda Teatr Forumu keçiriləcək. Forum Heydər Əliyev Mərkəzində baş tutacaq.
 
Teatr sahəsində fəaliyyət göstərən şəxslər forumda iştirak üçün Mədəniyyət Nazirliyinin “culture.gov.az” rəsmi internet saytında yerləşdirilən onlayn müraciət forması vasitəsilə qeydiyyatdan keçə bilərlər.
 
Qeydiyyat forması: bit.ly/40jTTt7








Redaktorun seçimi