ABŞ-da Azərbaycan xalçalarının sərgisi təşkil olunacaq

Hit: 1062
ABŞ-da Azərbaycan xalçalarının sərgisi təşkil olunacaq
2023-2024-cü illər ərzində ABŞ-ın bir sıra ştatlarında Azərbaycan istehsalı olan xalçaların sərgi və satışı təşkil olunacaq.
 
“Azərxalça” ASC-dən Faktor.az-a verilən məlumata görə, “Azərbaycan xalçaları” adlı sərgilər ABŞ-Azərbaycan Ticarət Palatası ilə ASC arasında əldə olunan əməkdaşlıq razılaşmasına əsasən baş tutacaq.
 
Xalçaların ilk sərgisi bu ilin mart ayının 27-də Azərbaycan Ticarət Palatası ofisinin qalereyasında baş tutacaq.
 
Açılışda həm klassik, həm də müasir üslubda təqdim olunan hər bir xalçanın arxasında dayanan sənətkarlıq, xüsusi bacarıq, məharət və tarix fonunda Azərbaycanın zəngin mədəni irsi hər kəsə təqdim olunacaq.








Redaktorun seçimi