Bakı Dövlət Sirki yaz mövsümünə start verdi

Xəbər verdiyimiz kimi Bakı Dövlət Sirki bütün fəsillərdə fəaliyyət göstərməkdə davam edir. Mart ayının 1-dən başlayaraq “DZİVA ” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq.
Sirk proqramı aprel ayının 30-na kimi davam edəcək.
“DZİVA” adlı sirk proqramının süjet xəttinin əsasını heyvanların - şir və pələnglərin şousu təşkil edəcək. Digər heyvanlardan itlərin də çıxışlarına xüsusi yer veriləcək.
Dünyanın ən tanınmış klounlarının da çıxışı proqramı unudulmaz edəcək.
Bundan başqa, hava gimnastlarının qeyri- adi fərdi və kollektiv fəndləri, halqa şousu, dünya şöhrətli janqlyorun, akrobatların sirkin manejində kollektiv çıxışları kimi digər nömrələr də göstəriləcək. Proqramın təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.
Qeyd edək ki, proqramda dünya sirk sənətinin aparıcı janrlarına, xüsusi yer verilib. Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə edə bilərsiniz.
Ətraflı məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.
055 959-12-12
012 597-31 81


