Şeirlər - Xanəmir Telmanoğlu

Hit: 813
Şeirlər - Xanəmir Telmanoğlu
eey dadi bidad danəndə dəhan dərviş d...
 
o gündən torpaqda deyil, qan üzərində gəzirik.
 
 
 
torpağa qan
 
ölümə eşq
 
cana can
 
 
 
torpaq və qan
 
ölüm və eşq
 
can və gül bəs haçan...
 
 
 
murazınız və almadığınız kam
 
qanı haqqın ocağında qaynadan dəm
 
dəmlənərək kükrəyən aydan üz almış nakam
 
eşqanə ehkamı ötələrdə oxudar yasin
 
dolar gözüm hər damlası asılar kirpiyimdən
 
dolar gözüm hər damlada köz közdü yaram
 
bəs haçan
 
 
 
eşq bu tanı acıyla gələr
 
bağırtım basdırar azğınlığı qaybda
 
üzlərindən oğurlanıb ay qəlb ovutmağa keçər göyün tən ortasında
 
ulduzlardan çığıltı çığırış qopduğun duyar bax buram
 
yenə tanıram eşq bu
 
bəs haçan...
 
 
 
üzdə qoymaz şəhidimin qanın çəkər içinə torpaq
 
...üçünə yeddisinə qırxına sonsuzluğuna görməzsən
 
ama özü durub gələr şəhidimin
 
özü qalxıb gələr o torpağımın
 
məzarının başında mələklər geri dönməmək üçün
 
nə oyun çıxarar nə dilək eylər şəhidimin
 
burda "bəs haçan" demə
 
 
 
qanı hopduqca torpağın çanağına
 
yenidən
 
yeni başdan yaradılır sanasan kainat
 
yenidən adına uyaraq əşyalar yaranır çılpaq
 
can tutuşur işıq dönür nur dolanır təninə
 
səsmi mənalandırdıqca O can açar verir cana
 
qan qızarır üfüq utanır keşməkeşli gərdişdən
 
zaman çəkilir gecə gündüz bölgüsüylə göylərə
 
bu dəm - dəsgah qarşısında hələ çox şaşıb şaşıracaq
 
yer - göy qoçaq göy - yer qoçaq
 
sən gavur mən qıpçaq
 
deyirsən bəs haçan
 
 
 
adını dəyişsəm
 
dəyişsəm adı ey torpaq qarana damdıqca qanı onun
 
bunu nə xəyanətə nə vəfasızlığa yozma
 
yurddaşıma torpaq deyil şəhid
 
qara deyil dümqırmızı qan kimisən
 
bir zamanlar bərəkətin(lə) daha tənsən cansan can
 
daha bətnsən analara oğulsan
 
günəş işığında məhşər öncəsisən
 
məhşərin önünə çıxanımızsan
 
əzəlimizsən (bundan sonra) torpaqsan
 
 
 
 
 
alma ək alma ye
 
 
 
ey dadi bidad danəndə dəhan dərviş d...
 
 
 
evimdə bərəkətdir alma
 
o olduqca rahatam
 
evimdən ocağımdan
 
deyirsən şər ruhları qovur
 
fəlakəti göyə sovurur
 
o qızaran yerdə ocağım sönməz
 
içində ışıq yol gedir
 
dışında ışıq yol gəlir almanın
 
 
 
əzəldən ona
 
can kimi qardaş kimi bağlandım
 
can deyib qardaş eşitdim
 
payızda sıxıldım
 
qışda yaxıldım
 
almanı budağında görməyəndə
 
ışıq ışıq ışıq almada qan olur - deyə üşəndim
 
damara yerikləyir - deyu şübhəmi dağıtdım
 
 
 
bilirəm onda toxumumun olduğunu
 
alma içində ruhum verilib bədənə
 
harda görsəm rahatlıq duyaram
 
kimdə görsəm ona qəlbən inanaram
 
 
 
alma əkib alma yeyən qövmdənəm
 
alma ağacının dibində danışmağı sevər
 
kölgəsində oturmaz kölgəsində
 
uşağını başına çıxardar almalara qarışdırar
 
 
 
uşağını ayırmaz almadan
 
almanı yeyən kimi alma
 
bir də gördün pişik olub oğul uşağını yeyər
 
bu alma deyil qafil alma nədir
 
ruhumun başqa tənidir başqa
 
 
 
biz qosqocaman börülərin
 
almaya eşqi ışıqla gələr eşqi ışıqla dillənər
 
ışığı burda bizdən ötrü bəklər ışığı
 
ışığı burda bizə görə soyumuza calanar
 
onu gördüyümdə nəfəsim açılar onu
 
sinəm qabarar gözlərim vahim yaşarar
 
 
 
alma yanında küfr etməm küfr
 
yoxsa canım sızlar işlərim pozular payız(la)r
 
alma yeyən danışmaz yalan
 
qorxu bilməz
 
ötə aləmlərdə yerini düşünüb durar
 
alma nədən canı ötələrə bağlar qeybdə nə arar
 
 
 
gün o gündür alma yeyibən and içdik
 
dedik namərd çıxanı alma qoxusuyla vursun
 
alma qənimi olsun yaddaşını alma oğurlasın
 
alma dolusu yurduna düşmən tamahlansın
 
ağaclarının düşmən əsiri olsun
 
o gün bu gündür almaya xatirə bağlaram
 
keçmişimi alma qoxusuyla xatırlaram
 
bu nə ağır bağır yaran söz bağır
 
keçmişi alma qoxusuyla xatırlanan
 
cənnəti budağında qərib - qərib asılmaqla
 
alışmaqla özlənilir
 
o almadı dərviş soyu almadı
 
o almadır qosqocaman qövmün
 
savaş atlarına yön göstərən atlarına
 
bir yanı məkkə bir başı and cənnətləri
 
bu qövmün atları atlıları çapar çapar
 
nə sağ nə sol nə qürub nə üfüq var
 
alma dediyində azmayacağın bir yurd var bir yurd dar
 
 
 
beşikdə uyuyan körpəmin uyuyan
 
yastığının altına alma qırmızı alma qoydum
 
çocuq ağlayanda sanasan alma səsi duydum
 
mən onu ötələrdən derdim tanıram
 
ovcumun içində almanı ürək deyibən tutdum
 
yavruma saymağı almalarla öyrətdim
 
elmi alma olanın ışığı qəlbdən gələr ışığı
 
 
 
ışığı tənbəllik etməyib alma olanın
 
gözü ana ayaqları altına açılar
 
 
 
yüz yıl yaşayınca bir alma ye
 
alma yeməyi öyrən alma
 
alış almaya almanı öyrən
 
şəhanə budağında allansa dırman ora daş yooora
 
uzat məkrsiz əlini dər almanı ye almanı
 
ya da tələsmə en aşağı
 
bax yuxarı yum gözünü sonra çək dişinə
 
gün qafana döyəcləsin
 
sən alma ye təki sən alma ye
 
 
 
bir qövümmüş
 
almadan qayrı bir şey yeməzmiş
 
o vaxtlarmış
 
əllərini uzadıb yuxarıdan çəkərmiş rızqını
 
boyundan yuxarı qalxmayınca o rızqı yeməzmiş
 
 
 
öncə alma yeyib
 
sonra danışarmış
 
 
 
uzaq yola çıxdığında alma ağacıyla halallaşarmış
 
geri dönərkən salamlaşar ona salam gətirərmiş
 
ışıq yerə endiyində
 
özünü alma zənn edər uzağı almaya bürünüb gedərmiş
 
 
 
bu keçmişlər qurtulan deyil almadan
 
 
 
sən danışırsan alma geriyə yuvarlanar
 
gedib pəri qızlarının
 
devlə savaşan oğlanlarına rastlarsan
 
qafil uzağı üç gün üç gecə ac qalarsan
 
axırı almaları ye-yər-sən ərsən
 
ancaq bil-məz-sən adamlar sənə alma kimi baxar
 
 
 
 
 
məni oyadan alma
 
 
 
ey dili qafil fil faili məchul fanı f...
 
 
 
indi gül qədər çox sevirəm almanı
 
indi gül qədər çox sevirəm almanı
 
o mənə topraq altda qalmış qədim şəhri xatırladır
 
almanın içində şəhr uyuyur derlər
 
şəhrin yuxusu bu qırmızı almanın içində
 
dərvişəm deyən oğlan tanı almanı
 
şəhrin yuxusunu üzündə qızardan
 
adını gün batarkən söylətməyə əmadə
 
tanı dedim almanı bir gün itsən
 
car çəkməyə qalmaz hacət yerini verər nişan
 
hər şey öz yerində almanı yeyirəm
 
almanı dişləyib yemədinsə
 
alma üzərində dişlərinin daşında ışıq oynamadısa
 
 
 
ışığın içində bağları qızartmadısa alma
 
yediyin alma deyil ayı ciyəridi
 
almanı yeyib özümü nişan verməsəm
 
dadından allığından almasam iznini
 
yaşadığım şəhrin qaçar əfsanəsi idimi
 
 
 
alma ağacının kölgəliyində oxudum kitablar
 
yuxum gəldi uzanıb altında uyudum
 
vaxt çatanda qışqırıb oyatdı yuxudan məni
 
bilirdim budaqda bir-biriylə danışır almalar
 
axşam düşəndə almaların ətri topraqdan gəl(ir)di
 
yazda günəş kürüsün tökərdi budaqlara
 
özü də o başdan
 
dağdan çırtladığı vaxtda
 
ardınca quş ötüb uçurdu havaya
 
quşun müjdəsi toxum tutur(du)
 
bu xatırə deyil almanı dişləməkdir
 
bizlərdə almanı belə də yeyirlər siz də nuş eləyin
 
bizlərdə almanı şeirlə yerlər
 
yaddaşla pay verərlər
 
almanı yeyirəm dişlərim şəhrə toxunur
 
həmən yuxulayıb alma olanda yedim şəhri
 
soyumuz dev soyudur bu dərya şahid olar
 
bizi dev eləyən
 
eşqlədən
 
bu almalardır almalar








Redaktorun seçimi