“Koramal” audiokitabının təqdimatı keçirilib - FOTOLAR

Hit: 2336
“Koramal” audiokitabının təqdimatı keçirilib - FOTOLAR
18 dekabr "Holiday lnn" hoteldə Rövşən Abdullaoğlunun Qarabağ savaşından bəhs edən “Koramal” audiokitabının təqdimatı keçirildi. 
 
300 nəfərdən çox insanın qatıldığı tədbir təşkilatçıların: “Audiokitab”ın direktoru, aktyor Əhliman Ərşadlı və “Qədim Qala” nəşriyyatının icraçı direktoru Şöhlət İxtiyaroğlunun çıxışı ilə başladı. 
 
Peşəkar aktyorlar Mahir Mirişli, Mətanət Eres və Ağaəli Kərimzadənin ifasında kitabdan bir səhnənin nümayişindən sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kitab Dövriyyəsi və Nəşriyyatlarla İş şöbəsinin müdiri Akif Maarifli, Azərbaycan Nəşriyyatlar Assosiasiyasının sədri Şəmil Sadiq və digər qonaqlar da təəssüratlarını bölüşdülər. Daha sonra yazıçı kitabın mövzusu, audiokitab layihəsi haqqında danışdı. 
 
Proqram kitabdan müxtəlif səsləndirmələr, Mahir Mirişli və Əhliman Ərşadlının ifasında video-fraqment, canlı muğam ifası, müəlliflə sual-cavab və imza mərasimi ilə davam etdi.
 
Qeyd edək ki, Rövşən Abdullaoğlu müxtəlif janrlarda 27 kitab müəllifidir, filosof-şərqşünas və psixo­loq, “PEN America” yazıçılar birliyinin üzvüdür. "Relslər üzərinə uzanmış adam" romanı Amerikanın “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb.
 
2022-ci ilin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində "ÖZÜNÜ KƏŞF ET – təhsil göstəricilərini yüksəltməyə xidmət edən psixoloji inkişaf proqramı" ilə qalib olub.
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi