Şəhidlərə həsr edilən növbəti kitab

Hit: 2501
Şəhidlərə həsr edilən növbəti kitab
Lənkəranlı gənc yazarın Şəhidlərə həsr etdiyi növbəti kitabı işıq üzü görüb. "Şəhidnamə" adlanan bu kitabda yazar yaşadığı kəndin bütün şəhidlərinə ithaf etdiyi esse və şeirlər, həmçinin də maraqlı hekayələr yer alıb. Müəllif bu kitabla oxucularına,  əxlaqi və mənəvi keyfiyyətlərin yalnız nəzəri olaraq kitablarda deyil məhz praktiki olaraq əziz şəhidlərimizin həyatında kifayət qədər nümünələrin var olduğunu çatdırır. 
 
"Şəhidnamə" müəllifin sayca 4-cü kitabıdır. İlk kitabı "Hamı təkdir bu dünyada"  şeirlər və hekayələr , ikinci kitabı "Boladi Şəhidləri" adlı oçerk və üçüncü kitabı "Qızlar oxumasın" adlı psixoloji romandır. 
 
Qeyd edək ki, Eldar İlqaroğlu 15.05.1985-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 2002-2006-illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib. 2006-2009-cu illərdə ixtisası üzrə orduda zabit olaraq, xidmət etmişdir. 2011-ci ildən Lənkəran rayon Boladi kənd tam orta məktəbinin hərbi rəhbəri vəzifəsində çalışır.








Redaktorun seçimi