Urfan Cəfərov vətənimiz adına böyük qələbə qazanıb - FOTOLAR

Opera və Balet Teatrının Solisti, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Opera ifaçılarının Avropa birincisi və Gənclər Mükafatçısı Urfan Cəfərov vətənimiz adına böyük qələbə qazanıb.
İngiltərənin London şəhərində keçirilən "Golden Time Talent 2022" Beynəlxalq Opera ifaçılarının vokal müsabiqəsində dünyanın 18 ölkə arasında UNESCO-nun Prezidenti olmaqla, 53 unikal tərkibli juri heyətinin rəyi ilə maksimum 100 balla Gran Pri qazanaraq Qızıl Səs adına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan ilk dəfə bu yarışmada iştirak edir ve erməni ifaçı ilə rəqabətdə bu qələbə qazanılıb.
Qeyd edək ki, Urfan Cəfərov bu il Amerikanın New York şəhərində"American Protégé International Vocal Competition 2022" Beynəlxalq Opera ifaçılarının Vokal Müsabiqəsindən Urfan Cəfərov 21 ölkə iştirakçısı arasından 1-ci yerin qalibi olub. Onun səsi Azərbaycan mahnısı ilə ən mötəbər dünya səhnəsində səslənəcək.
Vokalçı səsi və səhnə mədəniyyəti ilə juriləri heyran edib.Bununla da O, “Carnegie Hall”da keçiriləcək çox nüfuzlu vokalçıların müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə qazanıb.
Bildirək ki, Urfan Cəfərov Azərbaycanın Xalq artisti, professor, dünyaşöhrətli opera müğənnisi Xuraman Qasımovanın tələbəsi olmuş , Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.


