Orxan Zeynallının konserti yekunlaşdı

Hit: 795
Orxan Zeynallının konserti yekunlaşdı
Reper Orxan Zeynallının 6 ildən sonra ilk dəfə Bakıda baş tutan ikigünlük “40-cı paralel” adlı konserti yekunlaşıb.
 
Faktor.az xəbər verir ki, 7000-dən çox insanın qatıldığı tədbirdə Orxan öncə media nümayəndələri ilə görüşüb, sualları cavablandırıb.
Canlı ifalar səsləndirən reper 26 mahnı ilə tamaşaçı qarşısına çıxıb.
Sənətçinin bekvokalı Nərgiz Əzizova olub, canlı konsert zamanı reperə müğənnilər Bahar, İlqar Niftiyev, Nərgiz, Tomris Naibli, Mərdan Kazımov, Röya Miriyeva və başqaları yoldaşlıq edib.
 
Orxan Bakıdakı ilk konsertinə cəmi 14 biletin satıldığını, bu gün isə minlərlə insanın gecəsinə gəldiyini bildirib. O, hər kəsə təşəkkür edərək, paytaxtda yenidən səhnəyə çıxacağını da bildirib. Anşlaqla keçən hər iki gecədə fanatları müğənniylə birgə mahnılarını səsləndirib.
Konsertə qatılanlar sırasında məşhurlar da olub. Aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Nicat Rəhimov, Fuad İskəndərov, aparıcılar Kəmalə Piriyeva, İlkin Həsəni, blogerlər Xatirə Yüzbəyova, Günel Rəhimova, Aysel Həsəni, Asya Aslanova (İsmayılova), Apruza, Şəfəq Məmmədova və başqaları da gecəyə qatılıb. Onlar sosial media hesablarında bununla bağlı paylaşımlar ediblər.
 
Sosial şəbəkələrdə konsertlə bağlı paylaşımlar iki gün ərzində feysbuk, tviter və instaqramda #40ciparalel həşteqləri ilə bölüşülüb.
 
Konsert üzərində 50-dən çox komanda üzvü çalışıb.








Redaktorun seçimi