Göygöl rayonunda “Zəfər Konserti” adlı tədbir keçirilib - FOTOLAR

Hit: 1023
Göygöl rayonunda “Zəfər Konserti” adlı tədbir keçirilib - FOTOLAR
44 günlük Vətən müharibəsi xalqımızın ən yeni tarixi, şərəf müjdəli Zəfər tarixidir. Bu tarix hər birimizin qəlbində, ruhunda boy atmaqla gələcək nəsillərimiz üçün ən böyük örnək və qürur mənbəyimizdir. Bu günü bizə yaşadan Vətənimizin mərd oğulları öz qanları və canları hesabına Zəfər tarixinin ən yüksək pilləsində olaraq Şəhadətə yüksəliblər. Yüksəldilər ki, mənsub olduqları xalqın milli qürurunu və şərəfini qorumaqla  30 illik Vətən həsrətinə son qoymuş olsunlar.
 
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göygöl şəhər “Qələbə” parkında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Konserti” adlı tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Abdulla Qurbani, Şəhid ailələri, qazilər, müharibə iştirakçıları, Göygöl rayon ictimaiyyəti və rayona gələn qonaqlar iştirak ediblər.  
 
Tədbirdə Respublikanın tanınmış musiqiçilərinin ifası ilə konsert proqramı təqdim olunub.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi