“Azərxalça” yeni satış qalereyasının təqdimatını etdi - FOTOLAR

Hit: 1308
“Azərxalça” yeni satış qalereyasının təqdimatını etdi - FOTOLAR
“Azərxalça” ASC 8 noyabr Zəfər günü ərəfəsində həyata keçirilən tədbirləri sırasına öz tarixinin ikinci ən böyük satış və nümayiş qalereyasının açılışını əlavə edib.
 
Qurumun mətbuat xidmətindən Faktor.az-a verilən məlumata görə, milli dəyərlərimizə hörmət və ehtiramla yanaşan “Four Seasons Hotel” və “Azərxalça” ASC əməkdaşlığı uğurla davam etdirilir. 4 noyabr 2022- ci il tarixindəxarici turistlərin çox baş çəkdiyi və şəhərimizin ən gözəl hotellərindən biri- “Four Seasons Hotel Baku” daxilində lobbi vitrininin açılışı baş tutub.
 
Açılışda Cəmiyyət və Hotel rəhbərliyi ilə yanaşı, media nümayəndələri, incəsənət xadimləri, ictimai xadimlər də iştirak ediblər.
 
Açılışı “Azərxalça” İdarə Heyətinin sədri Emin Məmmədov edib: “Söhbət ənənəvi sənətkarlıqdan gedirsə, Azərbaycanın çox zəngin irsi var. Məqsədimiz qədim adət-ənənələrimizi qorumaq və bununla da gələcək nəslin əcdadlarımızın dəyərli bacarıq və sənətlərindən həzz almasına imkan yaratmaqdır. Bu işdə biz sənətkarlığın və mədəniyyətin qorunub saxlanmasını əsas götürən brend - “Four Seasons Hotels and Resorts” ilə əməkdaşlıq etməkdən şərəf duyuruq”.
 
Butikə gələcək qonaqlar canlı şəkildə xalçaların necə yarandığının, bu çətin əl əməyinin pərdə arxası görüntüləri ilə tanış olacaq, canlı olaraq xalça toxuma prosesində həzz alacaqlar.
1
1
1
1
1
1








Redaktorun seçimi