QÜRBƏTİ YAŞADIM, ANA

Gördüm səmasının maviliyini Gəzdim həm çölünü, həm çəmənini, Dərdim çəmənindən gül çələngini, Şehləndi çiçəklər göz yaşalrımdan,
Qürbətdə qürbəti yaşadım, ana!
Döndü gözüm yaşı axan sellərə,
Dağıtdı könlümü viran eylədi.
Qəlbim də yas tutub hey alovlandı,
Bu qurbət diyardan məlhəm dilədi,
Ürəyim qan oldu, ana, inlədi!
Səbrsiz hicranla közə dönmüşəm,
Bir qara torpağam, yağmura həsrət.
Baxarkən hər şeyə mən kor imişəm,
Dilimdə ay ana, sözüm donmuşam,
Qurbətdə qəribtək qalmışam, ana!
Saralmış yarpaqlar budaqda durmaz,
Bunda küləklərin nə günahı var?
Fikrim uzaqlarda dolaşan zaman
Sözün də bitdiyi dayanacaq var!
Qürbətdə qərib tək yaşadım, ana!
İradə Əlili
İradə Əlili


