“Qayıdış” qəhrəmanlara dəstək sərgisi

Hit: 1235
“Qayıdış” qəhrəmanlara dəstək sərgisi
26-31 oktyabr 2022-ci il tarixində “YAŞAT” Fondunun və Azərbaycan Rəssamlar İttifaqının tərəfdaşlığı, "Veysəloğlu" Şirkətlər Qrupunun və Qız Qalası Qalereyasının təşkilatçılığı ilə  “Qayıdış” qəhrəmanlara dəstək sərgisi keçiriləcək.
 
Sərgidə 33 tanınmış və gənc rəssamın 40 əsəri nümayiş olunacaq. 
 
Sərgidən əldə edilən vəsaitin 70 faizi “YAŞAT” Fonduna ianə ediləcək, 30 faizi isə rəsm əsərlərinin müəlliflərinin hesabına köçürüləcək.
 
Sərgi İçərişəhərdə, Qüllə küçəsi 6 ünvanında yerləşən "QGallery" rəsm qalereyasında baş tutacaq. Məqsəd Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş qazilərimizə və şəhidlərimizin ailə üzvlərinə dəstək olmaqdır.








Redaktorun seçimi