“Sən Vətənə bənzəyirsən” kitabı Heydər Əliyev adına Ali Hərbi İnstitutda təqdim olundu - FOTOLAR

Hit: 1356
“Sən Vətənə bənzəyirsən” kitabı Heydər Əliyev adına Ali Hərbi İnstitutda təqdim olundu - FOTOLAR
Oktyabrın 19-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutda “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırladığı “Sən Vətənə bənzəyirsən” kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə 44 günlük Zəfər Savaşında tarix yazaraq şəhadətə yüksəlmiş igidlərimizin, cəmi-şəhidlərin xatirəsi bir dəqiqıəlik sükutla yad edilib.
 
Tədbirin aparıcı şair Vasif Süleyman giriş sözü ilə çıxış edərək bildirib ki, 2020-ci ilin sentyabr ayının 27-də başlayan və və 44 gün davam edən Zəfər Savaşında  Azərbaycan əsgəri şərəfli bir tarix yazdı. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız sahibinə qayıtdı, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Həmin günlər bütün Azərbaycan Ali Baş Komandanın bir çağırışı ilə səfərbər olmuşdu.
İlk söz Layihənin rəhbəri, tanınmış şair, “DSD“ İB-nin sədri, AXDG QSC XDND-nin gəmi kapitanı Faiq Balabəyliyə verildi. O, bildirdi ki, “DSD” İB bundan əvvəl, bu təmayüldə bir neçə kitab hazırlayıb.  Növbəti kitab  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  nəşr olunan “Sən Vətənə bənzəyirsən” kitabıdır ki, “Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində təqdim olunur. Kitabın tərtibçiləri Faiq Balabəyli, Kəmalə Səfərli, Vasif Süleyman, redaktoru Hüseyn Sözlü, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir.
“Sən Vətənə bənzəyirsən” kitabında Azərbaycanın tanınmış qələm adamlarının vətənpərvərlik ruhunda yazılan şeirləri toplanıb. Şeirlərin məzmununun, ideyasının gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, bu ruhda yaşamasında, böyüməsində müstəsna rolu var.
 
Bugünkü təqdimat mərasimində Kitabda şeirləri çap olunan hörmətli şairlərdən bir neçəsi iştirak edir. Çünki müəlliflər də bölünüb, bir neçə belə tədbir olacaq və o biri qələm adamları həmin tədbirlərdə iştirak edəcəklər.
 
Sonra tədbirdə iştirak edən şairlər Şahin Musaoğlu, Dayandur Sevgin, Damət Salmanoğlu, Aləm Kəngərli çıxış edərək vətənpərvər ruhlu şeirlərini oxudular.
Tədbirin sonunda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutun rektor müavini, Vətən müharibəsinin qəhrəmanı, polkovnik Nizami Mövlamov çıxış edərək təqdimat mərasiminə gələn şairlərə minnətdarlıq etdi və bildirdi ki, belə tədbirlər gənclərin vətənpərvərlik ruhunun artırılmasında böyük rol oynayır.
 
Tural Balabəyli
 
“DSD” İB-nin sədr müavini və  layihə üzrə Analitik-İnformasiya Bölümünün rəhbəri
 
1
1
1
1
1
1
1








Redaktorun seçimi