"CinemaPlus"da qala gecə keçirilib

Hit: 1543
"CinemaPlus"da qala gecə keçirilib
Rejissorları Selahettin Sancaklı və Mert Kılıç olan, ssenarisini Mert Kılıçın yazdığı və baş rollarda Mert Kılıç və Aslıhan Güner Kılıçın oynadığı dram, hərbi, müharibə və döyüş janrında çəkilmiş “Komandir” türk filminin qala gecəsi keçirilib.
 
Faktor.az xəbər verir ki, “Gənclik Mall Cinema Plus”da Yunus Əmrə Fondunun dəstəyi ilə filmin qala-gecəsi təşkil olunub.
 
Qala gecəsində filmin aktyorları Mert Kılıç və Aslıhan Günər iştirak edib.
 
Daha sonra film nümayiş olunub.
 
Qeyd edək ki, film Toros dağlarının enişli-yoxuşlu, dik və dağlıq – meşəlik sahələrində və Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkir 7-ci Korpusunun kazarmasının Jandarma Baş Komandanlığına bağlı ərazilərində çəkilib.
 
Mert Kılıç, həyat yoldaşı Aslıhan Günər, Can Kızıltuğ və Emre Bulutun rol aldığı filmin rejissorluğu Selahattin Sancaklı və Mert Kılıça məxsusdur.
 
Tədbirin təşkilində “MADO” restoranı, foto və video çəkiliş - “Light in Black” kreativ şirkəti dəstək göstərib.
 
Film oktyabrın 13-dən etibarən bütün "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.








Redaktorun seçimi