Yeni kitab işıq üzü gördü

Hit: 1510
Yeni kitab işıq üzü gördü

Bu günlərdə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin tərtib edərək hazırladığı yeni bir kitab işıq üzü görüb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə nəşr olunan kitab “DSD” İB-nin “Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində dərc olunan kitab “Sən Vətənə bənzəyirsən” adlanır.

Kitabda Azərbaycanın tanınmış qələm adamlarından xalq şairi Sabir Rüstəmxanlının, Baba Vəziroğlunun, Musa Ələkbərlinin, Xanım İsmayılqızının, Rəşad Məcidin, Vasif Süleymanın, Qəşəm Nəcəfzadənin, Elçin Mirzəbəylinin, Şahin Musaoğlunun, Ramiz Qusarçaylnın, Kamilə Abıyevanın,  Əbülfət Mədətoğlunun və digərlərinin  vətənpərvərlik ruhunda yazılan şeirləri toplanıb.
Kitabda yer alan şeirlərin məzmun və ideyası gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, bu ruhda yaşamasında, böyüməsində müstəsna rolu oynayır.
Xatırladaq ki, “Maarif” nəşriyyatında dərc olunan kitabın tərtibçiləri Faiq Balabəyli, Vasif Süleyman, Kəmalə Səfərli, redaktoru Hüseyn Sözlü, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir.
Qeyd edək ,  “Sən Vətənə bənzəyirsən” kitabı bu il  “DSD” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Onlar qəhrəmandır” kitabından sonra  nəşr etdirdiyi ikinci kitabdır.

Tural Balabəyli
“DSD” İB-nin layihə üzrə Analitik-İnformasiya Bölümünün rəhbəri



 







Redaktorun seçimi